Menu

Lənkəranda ekskavator sürücüsü üzərinə kovşun düşməsi nəticəsində ölüb

23.07.2018, 20:40
Lənkəranda ekskavator sürücüsü üzərinə kovşun düşməsi nəticəsində ölüb

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Havzava kəndində qeydə alınıb.

Bu gün günorta saatlarında Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb. Həmin nasazlığı aradan qaldırmağa çalışan sürücü - 1959-cu il təvəllüdlü Adıgözəl Lətif oğlu Bəyverdiyevin üzərinə ekskavatorun kovş hissəsi düşüb. A. Bəyverdiyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol