Menu

İrəvanda partlayış olub, üç nəfər yaralanıb

25.07.2018, 13:53
İrəvanda partlayış olub, üç nəfər yaralanıb

Bu gün səhər saatlarında Ermənistan paytaxtı irəvanda partlayış olub."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb.

İki nəfəri xilasedici tibb mərkəzinə çatdırıb, digər zərərçəkəni isə vətəndaşlar xəstəxanaya aparıblar.

Partlayış şüşə istehsalı sexində baş verib. Nəticədə 70 kvadratmetr sahədə olan müəssisənin divarları qismən dağılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol