«AzPolitika.info»-nun xarici KİV-ə istinadlə verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo konqresdəki dinləmələr zamanı bəyan edib ki, qarşıdakı illərdə ABŞ-n başlıca rəqibi Çin olaraq, qalacaq.
Dövlət katibinə müracit edən senator Marko Rubio bəyan edib ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ ilk dəfədir ki, özünə bərabər rəqiblə yarışır. Onun sözlərinə görə, Çin uzunmüddətli perspektivdə ABŞ üçün ən ciddi təhlükədir.
«Senator, Siz, mənim düşündüklərimi ifadə etdiniz - Çin qarşıdakı illərdə, mümkündür ki, hətta qarşıdakı dekadada, ABŞ üçün başlıca çətinlik yaradan ölkədir» - deyə, Pompeo bildirib.
Onun sözlərinə görə, administrasiya bu problemə kompleks cavabın qaçılmaz olduğunu anlayır.
«Təkcə ABŞ yox, bütün Qərb öz reaksiyasında (Çinin inkişafına reaksiya - red.) xeyli ləng olub. Hesab edirəm ki, bunu anlayırlar. Amma deyə bilmərəm ki, bu gün sözügedən problemə hərtərəfli cavab verə biləcək bir struktur var» - deyə, dövlət katibi qeyd edib.
Pekinlə Vaşinqton arasında münasibətlər son vaxtlar Tramp administrasiyası tərəfindən bəzi Çin mallarının idxalına məhdudiyyət qoyulmasından sonra gərginləşib. ABŞ-da bunu ticarətin bərabər hüquqluluğu və milli təhlükəsizlik məsələsi ilə izah edirlər.


Şərhlər
Sənin mənfur ABŞ-da bütün dünya üçün qlobal problemdir.