Menu

«Tramp və Putin Ukrayna məsələsində razılığa gəlməyiblər» - Pompeo

28.07.2018, 00:19
«Tramp və Putin Ukrayna məsələsində razılığa gəlməyiblər» - Pompeo

Rusiya Federasiyası (RF) və Birləşmiş Şataların (ABŞ) Prezidentləri Vladimir Putin ıə Donald Tramp Helsinki görüşü zamanı Ukraynaya aid məsələdə razılıq əldə edə bilməyiblər. «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ senatorlarının qarşısında çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo bu barələ məlumat verib.

Pompeo əlavə edib ki, Vaşinqton nahaq ehtiyatlarnırmış ki, Tramp Putinlə görüşdən sonra Ukraynaya yönəlik mövqeyinə «dəyişiklik edə» bilər. «ABŞ-ın siyasəti dəyişməyib və siz, bunu görə bilərsiniz» - deyə, Pompeo qeyd edib.

Bundan başqa, dövlət katibi ABŞ prezidentinin Rusiyada kommersiya maraqlarının olması ehtimalını «siyasi sirk» adlandırıb.

Xatırladaq ki, Rusiya və ABŞ diderlərinin Helsinkidəki danışıqları 4 saatdan uzun çəkib. Putin və Tramp daha aktual beynəlxalq problemləri müzakirə ediblər. Onların arasında Suriya, Ukrayna, Şimali Koreya, beynəlxalq terrorçuluq, kibertəhlükəsizlik və s. məsələlər yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol