Fövqəladə Hallar Nazirliyi Hirkan Milli Parkında baş verən yanğın barədə məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.


Şərhlər
Novruz bayramından xahiş edək FHN-ə Kürün daşqınlarına, Zaqatala zəlzələsinə görə çatışmayan vəsaitlərin üstünə Ehtiyat fondlarından 5-6 4 mostlu kitayski SAÇMAN-ın tutacağı qədər para ayırsın (manatlan da keçərlidir). Silinmə və qoruqda açac əkini də daxil ediləcəkdir o smetaya.