Menu

6 yaşlı uşaq hovuzda boğulub

28.07.2018, 12:44
6 yaşlı uşaq hovuzda boğulub

Gəncədə azyaşlı suda boğularaq ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Səfəvilər küçəsində baş verib. Şəhər sakini, 2012-ci il təvəllüdlü Zülfüqar Sabir oğlu Hacıyev həyətdə olan su hovuzuna düşərək boğulub. Məlumata görə, azyaşlının valideynləri Bakıya gedib, uşağı nənəsinin yanında qoyublar. Nəzarətdən yayınan S. Hacıyev hovuza düşüb və orada boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol