İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.
Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.
Emin Ağalarov Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülməsindən məmnunluğunu bildirib, yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O deyib ki, bir sənətçinin ala biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.
“Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. “Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlarına başlayacağıq. “Jara-2019” daha maraqlı və rəngarəng olacaq.
[gallery size="full" ids="439914,439915,439916"]


Şərhlər
Məncə Eminə AR-nın Milli Qəhrəmanı adı da verilməlidir. Amma ermənilərin dədəsini yaman yandırdıq a. Hətta erməni qızı Zaranı da Bakıda oxutdurmağı bacardıq. Bu Jara-dan sonra ermənilər 100% torpaqlarmızı qaytaracaqlar və hətta üzr istəyəcəklər. Zeynəb xanım da Kür-Araz-Hayastan mahnısı ilə bizi feyziyab edəcək.
MEDENIYYET HARA,SENIN .... OXWAYAN,SIR SIFETUN HARA...QARAYEVIN QOHUMU OLMASAYDUN...BILIRSEN HARADA IDIN......
Bu xalqın artisti hansı bölgədə qulluq edib?
ALLAH SİZƏ BİR AĞIL VERSİN Kİ PULDAN RÜŞVƏTDƏN KORRUPSİYA TALANDAN YALTAQLIQDAN BAŞQA NÜSBƏT HİSSİYYATLARINIZ DA OLSUN.
Eminin tədbirləri özü üçün çox gözəldir.Ancaq bizim--Dağlıq Qarabağda böyük itkilər verən xalq üçün,gözü yaşlı şəhid anaları üçün bu tədbirin heç bir önəmi yoxdur.Elə bilirəm ki,əgər Sizin də qəlbinizdə müharibə ağrıları olsaydı,milli təəssübkeşlik başqa hiuslərinizi üstələsəydi-- belə danışmaz,gərəksiz kef məclisini tərifləməzdiniz..
Senin gördüyün işin adı nedi?
Milləti aşağıdalar qanımızı içən düşmən qızını ermənini gətirdi Bakıya. Həmin gün iki şəhid verdik. Vandal ermənilər isə milli qəhrəman qeyrətli oğulumuzun qəbrini dağıdıb, konsertə podarit etdilər. Təşkilatçılar bizim millətdən deyil bəs sizə nə olub?
Sizə bir təmiz qanlı Azərbaycanlı kimi da sözüm yoxdur.
Emin Azərbaycana kef etməyə,əylənməyə və pul qazanmağa gəlir.....AZərbaycana Zara lazım idimi ki, bu qədər səs küy yaratdı?