Menu

Rusiyada qasırğadan 9 nəfər xəsarət aldı

31.07.2018, 16:49
Rusiyada qasırğadan 9 nəfər xəsarət aldı

Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, güclü külək və leysan yağışları nəticəsində 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.

Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.

Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol