Menu

Xəstəxanada uşaq dünyaya gətirən ana ölüb

01.08.2018, 09:49
Xəstəxanada uşaq dünyaya gətirən ana ölüb

Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakı sakini 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib. Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol