Menu

“Rəbiyyət Aslanova dedi niyə qutular boşdur-başladılar doldurmağa"

12.10.2013, 11:06
“Rəbiyyət Aslanova dedi niyə qutular boşdur-başladılar doldurmağa"

Seçki pozuntuları haqda yeni informasiyalar

Ayrı-ayrı seçki məntəqələrində seçki saxtakarlıqlarının baş verdiyini təsdiqləyən xəbərlər redaksiyamıza daxil olmaqdadır. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqələrdə seçkinin müşahidəsini aparmış Rafiq İsmayılın verdiyi xəbərə görə, hakimiyyət təmsilçilərinin komissiya sədrini saxtakarlığa vadar etdiyini görənlər olub:“27 saylı seçki dairəsinin Kürdəxanıdakı 24 saylı seçki məntəqəsində bizim təqdim etdiyimiz müşahidəçi Zahid bəy canlı şahidi olub ki, Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova seçki məntəqəsinə gəlib. Seçki qutusunda az sayda bülleten olduğunu görən Rəbiyyət Aslanova seçki məntəqəsinin sədrinə qəzəbli şəkildə iradını bildirib ki, niyə qutular boşdur, dolmayıb. Bundan sonra topa-topa bülletenləri qutulara doldurmağa başlayıblar”.

Sabunçu rayonu 26 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsində isə Rafiq İsmayılın özü seçki komissiyasının sədrinin özbaşınalığının şahidi olub: “Mənim qızım Şəhla İsmayıl orada müşahidəçi idi. Seçkinin sonunda üç nəfər səlahiyyətli nümayəndə-Məryəm Oruclu, Hökmə İbrahimli və mən gəldik həmin məntəqəyə. Seçki məntəqəsinin sədrinə bildirdik ki, səslərin sayılmasına müşahidə aparmaq istəyirik. Seçki məntəqəsinin sədri Flora Həmidova sözlə ifadə edilməyəcək şəkildə son dərəcə qeyri-etik ifadələrlə, kobudluqla bizə cavab verdi. Heç kimə imkan vermədi ki, səslərin sayılmasında iştirak etsin. Dedi ki, gedib hara şikayət edirsiniz edin, vecimizə deyil. O qadın bizi az qala infarkt həddinə çatdırmışdı”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol