Menu

Ukraynanın istefa verən baş naziri postuna qayıtdı

29.07.2014, 13:09
Ukraynanın istefa verən baş naziri postuna qayıtdı

Ötən həftə parlamentdə yer alan iki partiyanın koalisiyadan geri çəkilməsindən sonra istefa verdiyini bəyan edən Arseni Yatsenyuk vəzifəsinə qayıtdığını bildirib.

Baş nazir Yatsenyuk açıqlamasında ötən həftə parlamentdə qəbul edilməyən büdcə və vergi qanununda dəyişikliklərlə bağlı istefa verdiyini deyib. Yatsenyuk dəyişikliklərin qəbul edilməməsinin orduya maliyyə vəsaitinin ayrılmasına imkan vermədiyini, bunun isə İMF ilə əməkdaşlıqda axsaqlıqlar yaratdığını söyləyib.

Xatırladaq ki, 24 iyulda istefa verən Arseni Yatsenyuk səlahiyyətlərini baş nazir müavini və və regional inkişaf naziri Vladimir Qroysmana həvalə etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol