Menu

DTK materiallarının dərc olunması üçün imza toplanır - Latviyada

02.08.2018, 00:22
DTK materiallarının dərc olunması üçün imza toplanır  - Latviyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Latviyanın ictimai təşəbbüslər portalında Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) və Kommunist Partiyasının (KP) materiallarının internetdə dərc olunması üçün imza toplanmasına başlanıb. Xəbəri «Sputnik Latviya» agentliyi yayıb.

Petisiyanı, SSRİ DTK-sı materiallarının elmi araşdırılması komissiyasının sabiq rəhbəri Karlis Kangeris hazırlayıb. O, həm də «Bu darvazalar arxasında yer inildəyir. Salaspilsk düşərgəsi 1941-1944» adlı kitabın həmmüəlliflərindən biridir.

Hələ bir neçə il bundan əvvəl Kangeris bəyan edib ki, hakimiyyət belə informasiyaları xalqla bölüşmək istəmir. Bir qədər sonra o, ehtimal etməyə başlayıb ki, görünür, bəzi DTK agentləri vaxtında təkrar ələ alınıb və Latviyanın bərpa olunmuş müstəqilliyinə xidmət etməyə başlayıblar. Məhz bu da «kisə»lərin açılması prosesinə mane olur. Onun fikrincə, DTK kartotekasında mədəniyyət sahəsinin 583 işçisi var.

Kangerisin təklif etdiyi petisiya Kommunist partiyasının kadr işlərini, o cümlədən, Latviya Kommunist partiyasının və Latviya Ali Sovetinin rəhbərlərinin (Yanis Karlnberginş, Arvids Pelşe, Auqustus Voss, Boris Puqo, Yanis Vargis, Alfreds Rubiks, Auqusts Kirxenşteyns, Anatoli Qorbunov, Vilis Latsis və digərləri), həm də rayon partiya rəhbərlərinin işlərini nəzərdə tutur.

Kangerisin nöqteyi-nəzərincə, eyni zamanda DTK-nın müxtəlif sənədləri xalqa açılmalıdır. Məsələn, operativ uçot kartotekası, qeydiyyat jurnalları, o cümlədən, baş tutmayan «verbovka»lar, operativ işlər, DTK ilə əməkdaşlığın etiraf olunması barədə məhkəmə proseslərinin ayır-ayrı epizodları açımalıdır.

Petisiya müəllifi hesab edir ki, Milli arxiv saytında cəmiyyət DTK və KP materialları ilə tanış olmaq imkanlarına malik olmalıdır. Bu, totalitar rejim cəmiyyətini anlamağa kömək edər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol