Menu

Azərbaycanda 5 toxum emalı müəssisəsi istifadəyə veriləcək

03.08.2018, 11:32
Azərbaycanda 5 toxum emalı müəssisəsi istifadəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu bu il 2, gələn il isə 3 toxum emalı müəssisəsəni istismara verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Fondun sədri Emin Əliyev bildirib.

Onun sözlərinə görə, həmin müəssisələrdə 7 500 ton məhsul saxlamaq mümkün olacaq.

"Azərbaycanın toxuma illik tələbatı 120 min tondur. Yəni bu müəssisələr hesabına yerli tələbatın 5%-ni ödəyə biləcəyik. Gələcəkdə bu nisbət artacaq", - deyə KTN rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol