Menu

Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

05.08.2018, 09:55
Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri "Air France" aviaşirkətinin "1144" saylı reysi ilə Moskvaya gətirilib.

“Report” TASS-a istinadla xəbər verir ki, "FlightAware" onlayn portalının məlumatına görə, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.

Şərhlər

Mirzə AĞ 2018-08-05 09:55:18

Allah rəhmət eləsin!
Görəsən, Azətbaycanını Rusiyadakı səfiri dəfndə iştirak edəcəkmi? Axı Orxanın babası da Qarabağlı (Abdal-Gülablı) olub...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol