«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kolumbiya guya, ölkə lideri Xuan Manuel Santosun Venesuela Prezidenti Nikolas Maduroya qarşı baş tutmayan sui-qəsdlə əlaqəsi barədə yayılmış informasiyanı təkzib edib.
«Venesuela Prezidentinə qarşı həyata keçirilmiş sui-qəsddə guya, Kolumbiya liderinin iştirakı barədəki bəyanat absurd görünür və onun heç bir əsası yoxdur» - deyə, Kolumbiya XİN-nin kommunikesində bildirilir.
«Venesuela rəhbərliyində, bütün vəziyyətlərdə Kolumbiyanı günahlandırmaq artıq adət halını alıb. Biz, Prezident Xuan Manuel Santosa, Kolumbiya xalqına və hökumətinə hörmət edilməsini tələb edirik» - bəyanatda qeyd olunur.
Bundan əvvəl, Maduro millətə müraciətində baş tutmayan sui-qəsddə ölkədəki sağ qüvvələri Kolumbiyadakı sağ qüvvələrlə və Prezident Santosla əməkdaşlıqda günahlandırıb. O, həm də bəyan edib ki, sui-qəsdin bəzi təşkilatçıları Floridada yaşayır və onlarla mübarizə aparmaq üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampdan kömək istəyib.


Şərhlər