Menu

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

06.08.2018, 15:24
Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu ərazisində baş verib.

Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1969-cu il təvəllüdlü Şükürov Yolçu Bayram oğlu idarə etdiyi "Mercedes GL-550" markalı 99 HS 630 dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən 1968-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalaqayın kənd sakini Fərzəliyeva Leyla Nəsir qızını vurub.

Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Dr.AGAOGLU 2018-08-06 15:24:19

NƏQƏDƏR Kİ, BU ÖLKƏDƏ TRAMVAY VƏ TROLEYBUSLAR BƏRPA OLUNMAYIB VƏ BUNLARLA BƏRABƏR BÜTÜN İCTİMAİİ NƏQLİYYATLAR ÖDƏNİŞSİZ EDİLMƏYİB, BU SƏXSİ AVTOMOBİLLƏR, KORRUPSİYALI MƏMUR AVTOMOBİLLƏRİNİN KÜTLƏVİ ALINMASI,YOL AŞIRIMLARI TİKİLMƏSİ VƏ GENİŞLƏNMƏSİ DAVAM EDİB, TIXACLAR YARANIB ƏHALİNİN PİYADA HİSSƏSİNDƏN YAVAŞ-YAVAŞ QIRACAQLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol