Menu

Bu il 36 yaşayış məntəqəsinə qaz verilib

06.08.2018, 20:47
Bu il 36 yaşayış məntəqəsinə qaz verilib

 

Bu ilin yanvar-iyul ayları ərzində 1849,5 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 135,1 km qaz kəməri əsaslı təmir olunub.

"Azəriqaz" İstehsalat Birliyindən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 36 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol