Azərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasında Kuru kosmodromuna çatdırılıb.
Trend-in məlumatına görə, bu barədə “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz “Twitter” səhifəsində yazıb.
“Azerspace-2/Intelsat 38” peyki sentyabr ayının 5-də “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı “Horizons 3e” peykini də aparacaq.
“Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
[gallery columns="4" size="full" ids="442036,442038,442039,442040"]


Şərhlər
Hansı Peуk daha bahalı və daha faуdalıdır(qazanclıdır)? Biz, məncə, 3-cü peуkdi sifariş verib buraxdırırıq. İndonezia уenicə, 15 il işləуəcək peуk buraxdı?