Menu

Aİ-də hazırkı qaçqın qəbulu sistemi işləmir - Merkel

12.08.2018, 12:04
Aİ-də hazırkı qaçqın qəbulu sistemi işləmir  - Merkel

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir.

“Report” xəbər verir ki, o bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.

Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.

"Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol