Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Dizelin də qiymətində 10 qəpiklik bahalaşma proqnozlaşdırılır. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq?
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur:
“Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”.
Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur.
“Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlamaq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heç nə eşitməmişəm”. (Modern.az)


Şərhlər
Ay Vahid müəllim,sən saydığınl saty,gör bu... nə sayır.Bunlar xalqın adamı olmadıqlarını dəfələrlə sübut ediblər.Oradabir tarif şurası yaradıblar.onlar hər şeyi həll edir.Sanki ölkənin parlamenti,baş naziri
,prezidenti yoxdur.Millətin boğazı üzülür.Heç kim maraqlanmır.PPensiyaıar.müavinətlər kommunl xərclərlə tibbi ehtiyaclara çatmır.Qidalanma,geyinmə fəlkət,kino-teatrın yolu yaddan çıxıb,hətta hüzür yerinə getmək olmur. Bundan da sonrası var? Parlament niyə bu məsələləri yada salmır?
Anti xalq qərarlar o qədər artıb ki, danışılanların təzahür edəcəyinə heç bir şübhə qalmır.Yanacaq bahalaşmaları sonuncu həddədir.Əhalinin imkanları tükənib.Bahalığa görə uşaqlar var təhsilini davam etdirə bilmir.Mənzil,yersiz gediş haqqı bahalaşması xalqı hakimiyyətdən iyrəndirib.Səriştəsiz,ancaq arxalı adamların nazir təyinatları ölkəni xarabazarlığa çevirməkdədir.Vergilər naziri dəyişdi,amma rüşvət bir az da artdı.Yalançı çıxışlar yalançı nazirləri eybəcər vəziyyətə salıb..