Menu

Bu il Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb

16.08.2018, 10:43
Bu il Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb

Bu ilin 6 ayında daimi yaşamaq üçün Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1859 nəfər Azərbaycana gələn, 684 nəfər isə Azərbaycandan gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1175 nəfər təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol