«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Carson City» sürət-desant gəmisi Qara dəniz sularına daxil olub.
«ABŞ hərbi-dəniz qüvvələrinin (HDQ) «Carson City» gəmisi 6-cı donanmanın əməliyyat zonasına standart prosedur çərçivəsində Qara dənizə girir» - ABŞ HDQ-nin rəsmi «Tvitter»indəki xəbərdə deyilir.
Qeyd olunur ki, gəmi hərbçiləri və hərbi texnikanı daşımaq üzrə cari əməliyyatları həyata keçirmək məqsədilə Qara dənizə gəlib.


Şərhlər