Menu

"ABŞ səfirliyinə hücum xaos yaratmaq cəhdidir" – Türkiyədən açıqlama

20.08.2018, 15:28
"ABŞ səfirliyinə hücum xaos yaratmaq cəhdidir" – Türkiyədən açıqlama

ABŞ səfirliyinə edilən hücum xaos yaratmaq cəhdidir.Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın ABŞ-ın Ankaradakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.

“ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Türkiyə təhlükəsiz ölkədir və bütün xarici qurumlar qanunla mühafizə olunur. Hazırda hadisə araşdırılır, qısa müddətdə aydınlaşdırılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, naməlum şəxslər bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar.

Şərhlər

Mirzə AĞ 2018-08-20 15:28:18

ABŞ-n öz əməlidir - aranı qarışdırır, bəhanə axtarır!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol