Menu

Ermənistanın müdafiə naziri Rusiyaya gedib

20.08.2018, 18:14
Ermənistanın müdafiə naziri Rusiyaya gedib

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib. Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti "Armiya-2018" beynəlxalq hərbi-texniki forumun və "Milli təhlükəsizlik həftəsi" forumunun açılış mərasimində iştirak edəcək.

Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol