Menu

Hindistanda 1 milyon insan təxliyə olunub

21.08.2018, 21:20
Hindistanda 1 milyon insan təxliyə olunub

Hindistanın Kerala Ştatında leysan yağışlarından sonra güclü daşqınlar davam edir.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, daşqınlar səbəbi ilə artıq 1 milyona qədər insan təxliyə mərkəzlərinə yerləşdirilib.

Bütün ştat üzrə qurulmuş 3200 təxliyə mərkəzlərində 1 028 000 insan qeydiyyata düşüb.

Rəsmilərin sözlərinə görə 50 min ev daşqınlar səbəbi ilə dağılıb.

Təbii fəlakətlə mübarizəyə bütün Ştat ərazisində donanmanın, hava qüvvələrinin və ordunun minlərlə hərbçisi cəlb olunub.

Həmçinin xilasetmə tədbirləri nəticəsində daha 6 nəfərin cəsədinin tapıldığı bildirilir. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 416-ya yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Kerada ştatında təbii fəlakət nəticəsində ölənlərin sayının 410 nəfər olduğu qeyd edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol