ƏHMƏD TRİNİÇİN NƏVƏSİ PUL VERSƏYDİ...

Etibar ƏLİYEV

Hörmətli Ədalət Tahirzadə, mənə yazdığınız sonuncu cavabınıza münasibət bildirməzdən əvvəl bir daha bəyan edirəm ki, sizin Misir Mərdanovla birgə 1920-ci ilədək ali təhsil alan azərbaycanlı tələbələrlə bağlı kitab tərtib etməyiniz həmin tələbələrin ruhuna hörmətsizlikdir! Burda həm də müəlliflikdən söhbət belə gedə bilməz. Kitab arxiv materiallarından tərtib olunub.

Yazınızın başındaca mahiyyəti dolaşdırmaq məqsədilə “Misir Mərdanov haqqında qərəzli münasibətinə verdiyim əsaslı cavabdan sonra” ifadəsini işlədirsiniz. Elə bu ifadə ilə də kitabda güddüyünüz yalnız bir şeyi - maddi marağı gizlətməyə çalışıbsınız.

Bundan başqa mənə yazdığınız cavabda, həm də oxucuları avam yerinə qoyursunuz. Yazırsınız: “Doğrudur, mən Əhməd Bədi Triniçin Moskvada yaşayan oğlu və nəvəsi ilə yazışmışam. Bir vaxtlar fikrim vardı ki, Triniçin haqqındakı arxiv sənədlərini (başlıca olaraq istintaq sənədlərini) və onun yazılarını bir kitabda cəmləşdirərək Bakıda nəşr etdirim. Arxivdə çalışanlar gözəl bilir ki, oradakı sənədlərin az qala hamısı ruscadır. Triniçin sənədlərinin həcmi isə hədsiz çoxdur. O yazıları öncə bilgisayarda yığdırmaq, sonra ruscadan tərcümə etdirmək, daha sonra kitabı nəşr etdirmək külli miqdarda vəsait istəyirdi. Əlbəttə, mənim buna maddi imkanım olmadığına görə yardım üçün Triniçin övladlarına müraciət etməliydim və etdim. Axı bunda ayıb nə var ki?! Təəssüf ki, Triniçlər maddi yardım göstərməkdən imtina etdilər və mən də kitab məsələsini qatlayıb bir qırağa qoydum”.

Onda haqlı olaraq ortaya bəzi suallar çıxır:

- Siz hardan bilirdiniz ki, Əhməd Triniçin oğlu və nəvəsinə belə bir kitabın tərtib olunması gərəkdir?

- Əhməd Triniçin övladları Azərbaycan dilini bilmirlər. Aydın məsələdir ki, onlara gərək olan materiallar rus dilində daha vacib olardı. Niyə onlar həmin materialları sizdən istəməyiblər?

- Bilgisayarda yazı yığdırmaq və istintaq materiallarını ruscadan çevirmək nə vaxtdan külli miqdarda vəsait tələb edib?

- Siz Triniç ailəsinin çox böyük imkanlara malik olmasını araşdırandan sonra onlara çıxıbsınız. Və istədiyiniz vəsait çox böyük olub. Nə qədər istədiyinizi etiraf edə bilərsinizmi?

Məni təəssüfləndirən odur ki, tariximizin ən şərəfli səhifələri ilə alver edirlər. Sizi və Mərdanovu 1920-ci ilədək ali məktəblərdə oxuyan tələbələrin aqibətindən çox öz təbliğatınız və maddiyyat maraqlandırır. Kitaba 26 manat qiymət qoymağınız da bunu təsdiqləyir. Şirməmməd Hüseynov, Aydın Balayev, Nəsiman Yaqublu, Nərmin Tahirzadə və başqaları qalıb qıraqda, siz imitasiya ilə məşğulsunuz. Böyük Şirməmməd Hüseynov kitablarını pulsuz paylayır.

Nərmin Tahirzadə kimi böyük alim iri miqyaslı tədqiqatları üçün Mərdanov tipli sponsor axtarmışdı? Yaxud Əhməd Triniçin ailəsindən pul istəmişdi?

Sonda yazırsınız: “Etibar Əliyevə üz tuturam, lütfən A.Məmmədovu axtarıb tapdığın kimi, mənim pulla sənəd satdığım bircə nəfəri tap, səndən də, lap Adıgözəldən də millət qarşısında üzr istəyim!”

Özünüzü dolaşdırmayın, professor! Sənədləri satmaq istəmisiniz, amma razılaşmayıblar və millətimizə qarşı pis rəy formalaşdırıbsınız. İrina Triniç sizin təklif etdiyiniz o böyük məbləği versəydi, Moskvaya ayaqyalın gedərdiniz!

P.S. Adıgözəl Məmmədovun statusu: "Mən, tədqiqatlarım zamanı Əhmət Triniçin ailəsi ilə Moskvada görüşdüm. Onda Əhməd Triniçin nəvəsi İrina Triniç həmən bu Ədalət Tahirzadənin onlara çıxaraq, bizim arxivlərdən Əhməd Triniç barədə əlində sənədlər olduğunu və bu sənədləri pul müqabilində onlara təklif etməsindən mənə çox təəssüf hissi ilə danışırdı. Triniç ailəsi bu hərəkətdən elə sarsılmışdı ki, istənilən azərbaycanlı ziyalısına bir alverçi gözü ilə baxmağa başlamışdılar. Onu bir Allah bilir ki, onlarda formalaşmış bu stereotipi dağıtmaq üçün nə qədər mən əziyyət çəkdim. Sonradan bu ailə mənə o qədər unikal sənədlər verdi ki, məhz bu sənədlər əsasında bir çox qaranlıq tarixi məqamlarımızı işiq üzünə çıxara bildik..."

635x100

Şərhlər

Rehim 2018-08-23 00:41:16

bu yazina gore Edalet muellimden uzr istemelisen,

məmmədqulu 2018-08-23 00:41:16

A qadan alım rus ayısı! Harada nəyi qurdalayırsan biz çıxırıq, hansı daşı qaldırırsan biz çıxırıq, bütün pisliklərin başında da, ayağında da biz dururuq. .... tandemi haqq edib bu milləti məhvə sürükləyir.

Son yazılar