Menu

Çavuşoğlu Moskvaya Lavrovla görüşə gedir

23.08.2018, 16:03
Çavuşoğlu Moskvaya Lavrovla görüşə gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, Çavuşoğlu və Lavrov sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol