Menu

Çexiya Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edir

31.07.2014, 12:47
Çexiya Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edir

Çexiyanın TOP09 siyasi partiyası Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edir. Bu barədə Praqadakı mətbuat konfransında partiyanın lideri, Çexiyanın sabiq xarici işlər naziri Karel Şvartsenberq bəyanat verib. "Ukraynada baş verənlər sadəcə olaraq müharibədir. Avropada belə bir müharibə aparan dövlətin Avropa Şurasında nə işi var?", deyə partiya lideri vurğulayıb. Partiyanın başqa bir üzvü Qabriela Peskova isə bəyan edib ki, o, təşəbbüslərinin AŞ-da dəstəklənməsinə çalışacaq. /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol