Menu

Özbəkistanda televiziyalarına İslam Kərimov qadağası - Efirdə adını anmaq yasaqlanıb

24.08.2018, 13:34
Özbəkistanda televiziyalarına İslam Kərimov qadağası  - Efirdə adını anmaq yasaqlanıb

Özbəkistanda telekanalların əməkdaşlarına efirdə ölkənin birinci prezidenti, 2016-cı ildə vəfat etmiş İslam Kərimovun adını anmaq qadağan edilib. Bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Telekanalların redaktorlarına Kərimovun adını "daha az yad etmək" və Özbəkistanın hazırki prezidenti Şavkat Mirzəyev haqqında daha çox danışmaq əmr edilib.

Jurnalistlərin sözlərinə görə, verilişlərdə birinci prezidentin fotoşəkillərin və abidələrinin göstərilməsi də qadağan edilib.

"Rəhbərlik bizə deyib ki, efirdə Kərimovun adı səslənsə başımızdan olacağıq", deyə telekanallardan birinin aparıcısı bildirib.

Bir müddət əvvəl məlum olub ki, Özbəkistanda Kərimovun portretləri və kitabları məhv edilir. Avqustun 20-də suvenir satıcılarına qarşı reydlər aparılıb. Birinci prezidentin təsviri olan maqnit və təqvim satanlar cərimələnib, mallar isə müsadirə olunub.

Şərhlər

Abit 2018-08-24 13:34:28

Ne gözel,ela ,eli murazını versin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol