Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, o, doğulduğu rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, A.Aslanov avqustun 22-dən 23-nə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xatırladaq ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.


Şərhlər
Alĺah rehmet elesin babasinin adini dasiyir bu el merd ve temiz adam idi cox vezifelilere baxsnda ne basqa yerde ailesi ne de ki xeyaneti sevmezdi szdiq insan idi
Allahın sebri böyükdür