Menu

ABŞ fələstinlilərə yardım ayırmağı da dayandırdı

25.08.2018, 09:19
ABŞ fələstinlilərə yardım ayırmağı da dayandırdı

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə İordan çayının Qərb sahili və Qəzza zolağında iqtisadi və humanitar layihələr üçün ayrılmış 200 milyon dollardan çox vəsaiti digər məqsədlərə "yönəltmək" tapşırığı verib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən AFP məlumat yayıb.

Amerikanın xarici siyasət idarəsində qeyd ediblər ki, vəsait "daha prioritet layihələr"ə sərf olunacaq.

Bildirilir ki, bu qərarın qəbul edilməsinə Qəzza zolağındakı vəziyyət səbəb olub. Burada HƏMAS hərəkatı "insanların həyatını təhlükə altına atır və humanitar və iqtisadi vəziyyəti pisləşdirir".

Ancaq ekspertlərin fikrincə, qərar İsrailin sionist hakimiyyətinin və yəhudi diasporunun tələbi ilə baş verib. Sionistlərin əlində "oyuncağa" çevrilən Tramp onların hər istəyini yerinə yetirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol