Menu

Cəlilabadda kütləvi dava zamanı bir nəfər xəsarət alıb

25.08.2018, 23:51
Cəlilabadda kütləvi dava zamanı bir nəfər xəsarət alıb

Cəlilabad rayonunda kütləvi dava baş verib."Report"un Muğan bürosu xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayon sakini, 1981-ci il təvəllüdlü Qafarov Emil Telman oğlu dava zamanı döyülüb.

Yaralı göz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normaldır.

Zərərçəkmişin sözlərinə görə, onu tanıdığı şəxslər döyüb. Məlumata görə, E.Qafarov Cəlilabad rayonuna işləməyə gedibmiş. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol