Menu

Sabirabadda toyda iki xalaoğlu bir-birini bıçaqlayıb

26.08.2018, 10:18
Sabirabadda toyda iki xalaoğlu bir-birini bıçaqlayıb

Ötən gün axşam Sabirabad rayonununda toyda iki nəfər bir-birini bıçaqlayıb. Sabirabad rayonunun Muğangəncəli kəndində keçirilən toyda kənd sakinləri olan iki xalaoğlu - 30 yaşlı Elvin Muxtar oğlu Həsənovla 31 yaşlı Tahir Tofiq oğlu Rəfiyev arasında baş vermiş mübahisə onların bir-birinə bıçaqla xəsarət yetirməsi ilə nəticələnib.

Hadisə nəticəsində müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlər alan hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol