Menu

Oğuzda yol qəzası olub, xəsarət alanlar var

26.08.2018, 12:10
Oğuzda yol qəzası olub, xəsarət alanlar var

İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Ramil Şirvan oğlu İsmayıllı və onun sərnişini, 2002-ci il təvəllüdlü Elteran Elmar oğlu Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayonundan çağırılmış təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan R. İsmayıllının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol