Menu

Salyan sakini dava zamanı xəsarət alıb

26.08.2018, 17:37
Salyan sakini dava zamanı xəsarət alıb

Salyanda 40 yaşlı kişi baltalanıb."Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qızılağac kəndi ərazisindəki "Ceyran" restoranında baş verib.

İlkin məlumata görə, restoranda dava zamanı kənd sakini, 1978-ci il təvəllüdlü Kərimov Siyavuş Mobil oğlu dalaşanları ayırmaq istəyən zaman ayağına balta ilə xəsarət yetirilib. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol