Menu

“Qarabağ” klubu azarkeşlərə müraciət etdi

26.08.2018, 18:52
“Qarabağ” klubu azarkeşlərə müraciət etdi

Bu gün Ağdamın “Qarabağ” komandası Topaz Premyer Liqasının üçüncü turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.Klubun saytında verilən xəbərə görə, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın “Şerif” komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz “Azərsun Arena”da ala biləcəklər.

“Azərsun Arena”nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

Qeyd edək ki, “Qarabağ”-“Şerif” komandalarının görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol