Menu

Ateistlər dollardan şikayət ediblər - “God We Trust” ifadəsinə görə

29.08.2018, 16:27
Ateistlər dollardan şikayət ediblər - “God We Trust” ifadəsinə görə

ABŞ-ın Minesota ştatının məhkəməsi bir qrup ateistin dolların üzərindəki “God We Trust”(Biz Allaha inanırıq) ifadəsilə bağlı şikayətini nəzərdən keçirib. “AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, sözügedən şikayət ABŞ-da böyük marağa səbəb olub.

“Reuters”in yazdığına görə, ateistlər ABŞ dollarının üzərinə yazılan “Biz Allaha inanırıq” ifadəsinin onların insan haqlarına, söz azadlığına və ABŞ konstitusiyasına edilmiş 1 nömrəli düzəlişə zidd olduğunu iddia ediblər. Belə ki, həmin düzəlişə görə, ABŞ Konqresi heç bir dinin dəstəklənməyəcəyinə təminat verir.

Ateistlər arqumentlərini əsaslı saysalar da, məhkəmənin çıxardığı qərar onların xeyrinə olmayıb. Hakimlər hesab ediblər ki, “God We Trust”(Biz Allaha inanırıq) ifadəsi insanları hansısa dini mərasimə riayət etməyə zorlamır. Ona görə də, həmin sözlər dolların üzərində qalacaq.

Xatırladaq ki, ABŞ prezidenti Duayt Devid Eyzenhauer 1956-cı ildə “God We Trust”-ın ABŞ-ın mili şüarına çevrilməsi barədə qanun imzalayıb.

Hələ 1864-cü ildə bu ifadə sikkələrin üzərində həkk olunmağa, ötən əsrin 60-cı ilərindən etibarən isə kağız əskinaslara yazılmağa başlayıb.

TAHİR

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol