Menu

Pentaqon Suriyada HHM sistemi yerləşdirir - Vaşinqtondan terrora yeni dəstək

29.08.2018, 16:56
Pentaqon Suriyada HHM sistemi yerləşdirir - Vaşinqtondan terrora yeni dəstək

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Suriyanın şimalında özünün hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirməyi planlayır. Deyr-əz-Zordakı hərbi assambleyanın keçmiş konmandanı Fayez əl-Əsmərə istinadla, xəbəri «Yeni Şəfəq» qəzeti yayıb.

Nəşrin məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) artıqTəl-Baydar, Ayn-əl-Ərəb və Sərrin rayonlarında üç təkmilləşdirilmiş radiolokasiya sisteminin yerləşdirilməsini başa çatdırıb. Bundan başqa, amerikalılar burada müşahidə və kəşfiyyat məqsədilə 13 portativ və stasionar radiolokasiya stansiyaları qurub.

Əsmərin sözlərinə görə, ABŞ-n növbəti addımı Suriya ərazisində HHM sistemi yerləşdirməkdən ibarət olacaq ki, bunu da «Vaşinqtonun bölgədə qeri-sabitiyə dəstək planı» kimi dəyərləndirmək olar.

Nəşrin yazdığına görə, ABŞ artıq Suriyanın şimalında 26 min kvadrat kilometrlik ərazidə uçuşsuz zona yaratmağa girişib. Bu ərazilər isə Kürdüstan fəhlə partiyasının (terrorçu PKK) nəzarəti altındadır.

Məlum olduğu kimi, artıq neçə illərdir ki, «İŞİD» bəhanəsi altında Suriyanı məhz ABŞ və müttəfiqləri havadan hücumlara, o cümlədən, qanadlı-qanadsız raketlərlə hücumlara məruz qoyur. Belədə, məntiqi sual yaranır: ABŞ Suriyada HHM sistemi yerləşdirməklə, məhz kimin raketlərini vurmaq istəyir?

Yuxarıda qeyd edilib ki, sözgügedən sistem Suriyanın şimalındakı PKK nəzarətində olan ərazidə yerləşdirilir. Türkiyə isə PKK-ı terrorçu təşkilat elan edib və onun mövqelərinə İraqda və Suriyada hava zərbələri endirir. Deməli, ABŞ bu sistemləri məhz Türkiyəyə qarşı istifadə etmək niyyətindədir! Əcəb «müttəfiq»dir...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol