«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyadan S-400 zenit-raket kompleksi (ZRK) almaqdan imtina edilməsi barədə çağırışına cavab verib:
«Biz, özümüzün hava məkanımızı qorumağa borcluyuq. Bu, bizim vəzifəmizdir. Onlar da bunu anlamalıdırlar» - deyə, Türkiyə XİN başçısı bəyan edib.
Çavuşoğlu həm də sual edib: «Vaşinqton öz «Petriot» komplekslərini Ankaraya satmağa zəmanət verə bilərmi?»
«Hürriyət» qəzeti qeyd edir ki, nazir həm də ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrini satmaq istəmədiyini xatırladıb.
Türkiyəli nazir bildirib ki, əgər ABŞ yaranmış ikitərəfli diplomatik böhranı həll etmək niyyətindədirsə, o zaman «təhdid dili ilə danışmaqdan» imtina etməlidir: «Əgər onlar kovboy filmlərində olduğu kimi, düşünürlərsə ki, nə istəsələr edə bilərlər, o zaman cavabını alacaqlar».


Şərhlər