Menu

«Almaniya Türkiyəyə pulla kömək etməyə hazırdır!»

30.08.2018, 14:23
«Almaniya Türkiyəyə pulla kömək etməyə hazırdır!»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın «The Wall Street Journal» qəzeti Almaniya hakimiyyətinin Türkiyəyə təcili maliyyə köməkliyi göstərmək barədə planından xəbər tutub.

Məlumdur ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münaqişə səbəbilə, Türkiyədə iqtisadi vəziyyət pisəşib.

Ankara ilə Berlin arasında bir sıra ciddi fikir ayrılıqlarının yaşanmasına baxmayaraq, Almaniyada Yaxın Şərqin gələcəyi barədə narahatlıq keçirirlər. Belə ki, Türkiyənin problemləri fonunda, sözügedən bölgədə vəziyyət pisləşə bilər.

KİV-in məlumatına görə, tərəflər köməklik göstərilməsi məsələsi ilə bağlı artıq məsləhətləşmələrə başlayıblar. Köməklik, konkret sfera üzrə dəstək vermək məqsədilə məhdud borclar formasında və ya Avropa İttifaqı ölkələrinin hamısı ilə razılaşırılmış geniş paket formasında göstərilə bilər.

Berlində xüsusilə ondan narahatlıq keçirirlər ki, Türkiyədəki neqativ situasiya Aİ-na yeni miqrant dalğası doğura bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol