Menu

Vaqondakı məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər

30.08.2018, 14:57
Vaqondakı məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər

Bərdə rayonunda vaqondakı məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam rayon Təhsil Şöbəsinin rəhbərliyindən bildirilib. Belə ki, məktəbin ərazisinə yaxın 7 otaqdan ibarət şəxsi bina heç bir təmənna olmadan onlara təklif olunub.

Qeyd olunub ki, həmin bina tədrisə yararlı olduğundan 122 nömrəli köçkün tam orta məktəbin 2018/2019-cu tədris ilində orada fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, rayonun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryol vağzalında 5 dəmir vaqonlarda fəaliyyət göstərir. 2017/2018-ci tədris ilində məktəbdə 94 nəfər şagird təhsilə cəlb edilib. Bu şagirdlərdən 90 nəfəri məcburi köçkün ailələrindən olan uşaqlardır. Şagirdlərin təlim tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur. Məktəbdə 10 nəfər texniki işçi çalışır.

Şərhlər

PedPsixoloq 2018-08-30 14:57:33

Cənab Тəhsil EKSPERТİ, ali тəhsilin odənişli olması deil, Qarabagın azad edilməsi müharibə ilə də olsa qaçılmazdır!!! 94 nəfərlik 122 saуlı Vaqon Orтa Məkəbi, ovladları lazımi vəsaiтlərsiz dərs alan onlarca ailə???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol