Menu

«Soyuz» gəmisində hava sızması baş verib - 1.5 mm ölçüsündə çat yaranıb!

30.08.2018, 18:52
«Soyuz» gəmisində hava sızması baş verib  - 1.5 mm ölçüsündə çat yaranıb!

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Beynəlxalq kosmik stansiyanın (BKS) Rusiya seqmentinə qoşulmuş «Soyuz» gəmisində ötən gecə hava sızması baş verib. Bu barədə «Roskosmos»un başçısı Dmitri Roqozin xəbər verib.

«Ötən gecə Beynəlxalq kosmik stansiyada (BKS) qeyri-ştat hadisə - hava sızması və təzyiqin düşməsi baş verib.

Sızmanın haradan baş verdiyini müəyyən etmək üçün tədbirlər görülüb. Amerika ekipajı Rusiya seqmentinə toplaşıb. Altı kosmonavtın hamısı Rusiya seqmentində olub. Ardınca, növbəli şəkildə bütün arakəsmələr bağlanıb ki, real olaraq harada və nəyin baş verdiyi müəyyən edilsin. Nəticədə, biz problemi lokallaşdırdıq. Sən demə, bütün bunlar Amerika seqmentində yox, Rusiya seqmentində və həm də seqmentdə yox, «Soyuz MS» gəmisində baş verir» - deyə, Roqozin danışıb.

Onun sözlərinə görə, göyərtə arakəsməsində mikroçat qeydə alınıb. Konstruktorlar hesab edirlər ki, həmin çat mikrometeoritlə toqquşma nəticəsində yaranıb. Gəmidə təmir komlekti var, hazırda ondan necə və hansı müddətə istifadə olunacağı məsələsi həll edilir.

Roqozin bildirib ki, çatın ölçüsü 1,5 millimetrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol