Menu

Rusiya "Buk"ları Ukrayna ilə sərhədə aparılır - Video

01.08.2014, 09:58
Rusiya "Buk"ları Ukrayna ilə sərhədə aparılır - Video

Starıy Oskol şəhər sakinləri hərəkət edən hərbi texnika kolonunu çəkib

Rusiya Federasiyasının Belqorod ərazisində yerləşən Starıy Oskol şəhərinin sakinləri hərəkət edən hərbi texnika kolonunu çəkib.

ANS PRESS-in məlumatına görə, Starıy Oskol Ukrayna-Rusiya sərhədindən 100 kilometr məsafədə yerləşir.

Kadrlardan görünür ki, texnikanın çox hissəsi bağlı çexollarda keçir, amma yedəkçilərdən biri üstü açıq "Buk" zenit-raket kompleksini daşıyır.

Ehtimal olunur ki, çəkiliş Starıy Oskolun Aleksey Uqarov-Metallurqov prospektinin kəsişməsində aparılıb.

Daha əvvəl Rusiya Federasiyasının ərazisindən aparılan "Qrad"ların videosu dərc edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol