«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın «Przeglad Sportowy» qəzeti bir xəritə dərc edib və xəritədə Krım yarımadası Rusiyanın bir hissəsi kimi göstərilib.
Nəşr bu təsviri Çempionlar Liqasına həsr edib. Xəritədə yarımada və Rusiyanın materik hissəsi qırmızı rənglə göstərilib, Ukrayna ərazisi isə moruq rəngində verilib.
Bundan əvvəl, qərb KİV-i xəritəli bir material dərc etmişdilər və burada da Krım Rusiya ərazisi kimi göstərilmişdi. Avqustun 15-də Almaniyanın «3 Sat» telekanalının efirində Rusiyanın xəritəsi göstərilən bir sənədli film nümayiş etdirilmişdi. Həmin xəritədə də Krım Rusiya ərazisi kimi göstəlilmişdi.
İyun ayında isə «Bloomberq» agentliyi Krımın «sahibsiz» ərazi kimi göstərildiyi xəritə dərc etmişdi.


Şərhlər