Menu

Gürcüstanda azərbaycanlı qadın heroinlə tutuldu

01.09.2018, 22:26
Gürcüstanda azərbaycanlı qadın heroinlə tutuldu

Gürcüstanda böyük həcmdə narkotik vasitələrin qanunsuz alınması və saxlanılması ittihamı ilə Azərbaycan vətəndaşı tutulub.Oxu.Az Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü S.A. adlı qadın Qardabani rayonunda taksidə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Baxış zamanı onun üzərindən 21,76 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanan şəxsi 8 ildən 20 ilədək həbs gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol