Menu

«ABŞ Avropa İttifaqının yaxın müttəfiqi olaraq qalacaq» - Mogerini

02.09.2018, 13:55
«ABŞ Avropa İttifaqının yaxın müttəfiqi olaraq qalacaq» - Mogerini

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bildiriblər ki, ortada olan fikir ayrılıqlarına baxmayaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) Aİ-nın yaxın müttəfiqi olub və olaraq qalacaq. Bu barədə Aİ təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Federika Mogerini Vyanada keçirdiyi mətbuat konfransında bəyan edib.

«Transatlantik münasibətlər üzrə bizim intensiv diskusiyamız oldu. Bütün nazirlər təsdiqlədilər ki, ortada olan bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ Aİ-nın yaxın müttəfiqi olub və olaraq qalacaq» - deyə, Mogerini bildirib.

«Biz, Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə problemi üzrə əhəmiyyətli irəliləyişə nail olmuşuq» - deyə, diplomat əlavə edib. Onun sözlərinə görə, bu sahədə Vaşinqtonla Brüssel arasında anlaşma qüvvədə qalır.

Mogerini bildirib ki, nazirlərin qeyri-formal görüşlərində praktik qərarlar qəbul olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol