Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın axtarışda olan qızı Ani Ermənistan hüquq-mühafizə orqanlarına təslim olub.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ani Sarkisyan sentyabrın 1-də üzə çıxaraq Ermənistan polisinə təslim olub.
Xatırladaq ki, Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, həmçinin qızı Ani və oğlu Narek Sarkisyan gəlir bəyannaməsindən yayınaraq qanunsuz varlanmada, sənədlərin saxtalaşdırılmasında və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilirlər.


Şərhlər
Ona görə bizimkilərdən gəlir bəyannaməsi məsələsi yaddan çıxarılır.Yoxsa hamısı cinayətkar sayılardı.Deputatdan başlamış,nazirlər və sair məmurlar.Odur ki,ölkəmiz bu gündə,millətimiz kasıb.