Menu

Pensiya yaşına çatan şəxsin sənəd toplamasına ehtiyac qalmayacaq - VİDEO

07.09.2018, 10:18
Pensiya yaşına çatan şəxsin sənəd toplamasına ehtiyac qalmayacaq - VİDEO

Azərbaycanda pensiya yaşına çatan şəxsin müxtəlif idarələrdən sənəd toplmasına ehtiyac qalmayacaq. Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı vətəndaşın telefonuna SMS ilə xəbərdarlıq ediləcək və pensiyasının məbləği qeyd olunacaq.

Bütün bunlar ölkə başçısının ötən gün imzaladığı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərmanında öz əksini tapıb.

Bunun üçün isə qanunvericiliyə dəyişiklik edilməlidir və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanır.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" yaradılacaq. Bu sistem, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd insan faktorunun minimuma endirməklə neqativ halların qarşısını almaqdır.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərində təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının üç ay müddətində yaradılması planlaşdırılır.

Şərhlər

Müfəttiş 2018-09-07 10:18:08

Necə də müdrikcəsinə qızıl xırdalayır.İmkan verdiniz ki Azərbaycanda kiməsə pensiya kəsilsin? Adamlar hələ yuxudadırlar...

Bashirov Qarib 2018-09-07 10:18:08

Bax,belə rahatdır.Digər sosial yardımlar kimi,pensiyalardan da imtina etmək,heç o 60 manatdan da məhrum etmək daha asan olacaq.Daha gedib o elektronla dava eyliyəsi deyilik ki.

Mühəndis B. 2018-09-07 10:18:08

ELEKТRONİKAsı hər sahədə MODERNləşmə, sürəтi, məhsuldarlıgı və səmərəni уüksəlтmək, əməуi уüngülləşdirmək üçün 50 ildən çoxdur тəkmilləşməkdədir! Bu xalqı dəqiq-dogru fakт-sənədlərindən azdırmaq üsçün deуil? Nədənsə, Sosial Müdafiə Nazirliуi və уüksək himaуədarları arтıq neçənci dəfədir, zəhməтkeşləri sübuт sənədlərini тoplamaqdan уaуındırmaga çalışırlar? Məтbuaтa şou-şüar ucuz populizmdir. Siz, hər bir ünvana sosial уardım və тəqaüdü oncədən уazılı və məsul şəxsin imzası ilə тəqdim eтməlisiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol