Menu

Rusiya «amfibiya-təyyarə»nin istehsalını bərpa etmək istəyir

07.09.2018, 16:16
Rusiya «amfibiya-təyyarə»nin istehsalını bərpa etmək istəyir

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkə A-40 «Albatros» amfibiya-təyyarənin istehsalını bərpa edə bilər. Bu barədə «Hidroaviasalon-2018» sərgisi ərəfəsində «Birləşmiş aviatikinti korporasiyası»ndan xəbər veriblər. Korporasiya bu layihənin üzərində işləyir.

Hidroavtosalon sərgisi 6-9 sentyabr tarixlərində Gələncik şəhərində keçiriləcək. Bu tədbir iki ildən bir aeroport və eksperimental-sınaq bazasının ərazisində (PAO «Q.M.Beriyev adına TANK») keçirilir.

Sərginin təşkilatçısı ticarət və sənaye nazirliyidir.

«Albatros» - uçan qayıqdır. 1988-ci ildə onun quruda ilk uçuşu həyata keçirilib, bir ildən sonra isə ilk dəfə olaraq, sudan havaya qalxıb.

SSRİ-nin süqutundan sonra layihənin icrası dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol