Menu

İraqda iğtişaşlar: İran konsulluğu yandırıldı

07.09.2018, 20:20
İraqda iğtişaşlar: İran konsulluğu yandırıldı

Həftənin əvvəlindən İraqda iğtişaşların bürüdüyü Bəsrə şəhərində etirazçılar İran konsulluğuna od vurublar. Virtualaz.org xəbər verir ki, bu barədə RİA “Novosti” yerli mənbəyə istinadla məlumat yayıb.

Qeyd edək ki, dünən axşam nümayişçilər Bəsrədə İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərini yandırmışdılar.

Etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin təmiz içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol